Seçilmişlər

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0.0553 ha torpaq sahəsi və Xaçmaz rayonu, Şollar kəndində yerləşən fərdi yaşayış evi açıq hərraca çıxarılmışdır.

HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

ELAN

Xaçmaz rayon İcra Şöbəsinin 16.08.2021-ci il tarixli (daxil olma 16.08.2021), 533/2021 saylı sifarişi ilə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci məhəllədə yerləşən qeyri yaşayış sahəsi; Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0.0553 ha torpaq sahəsi və Xaçmaz rayonu, Şollar kəndində yerləşən fərdi yaşayış evi açıq hərraca çıxarılmışdır.
Hərrac açıq hərrac qaydasında keçirilməklə  24 avqust 2021-ci il tarixi, saat 1100-a (növbəlik qaydasında) təyin edilmişdir.
Hərrac Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir.
Əmlakların ilkin satış qiyməti (qeyri yaşayış sahəsi) 975.000 (doqquz yüz yetmiş beş min) manat; (0.0553 ha torpaq sahəsi) 75.000 (yetmiş beş min) manat; (fərdi yaşayış evi) 20.000 (iyirmi min) manat məbləğində müəyyənləşdirilmişdir.
Hərracda iştirak üçün ilkin satış qiymətinin 5%-i, yəni (qeyri yaşayış sahəsi) – 48.750 (qırx səkkiz min yeddi yüz əlli) manat; (0.0553 ha torpaq sahəsi) – 3.750 (üç min yeddi yüz əlli) manat; (fərdi yaşayış evi) – 1.000 (bir min) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının hesabına ödənilməlidir.

Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 1%-dən çox olmamaqla.

(Əlavə olaraq “Qeyd”ə bax).

 

QEYD: Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) saat qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair behin hərracın təşkilatçısına ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti.

Hərracın təşkilatçısı
 

“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: (+99412) 539-47-22 ; (+99455) 745-25-56
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

 

 

 

 

 

 

 

 

 

 

20,000 AZN