Seçilmişlər

AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR ELAN

Ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkətinin Ləgvetmə komissiyasının 15.04.2022-ci il tarixli, 15/04/2022 saylı sifarişi  ilə ləğvetmədə olan Sığorta Şirkətinin “Standard İnsurance” Sığorta Agentliyi Məhdud Məsuliyyətli Cəmiyyətində olan  79% (yetmiş doqquz faiz) hissəsində olan təsis (iştirak) payı ilkin satış qiyməti olan 2.000 (iki min) manata açıq hərraca çıxarılmışdır.

İlkin hərrac 21 aprel  2022-ci il, saat 11:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.

İlkin hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 100 (bir yüz)  manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac sifarişçisinin aşağıda göstərilən hesablaşma hesabına ödənilməlidir.

Adı: Ləğv prosesində olan ASC “Standard Insurance” Sığorta Şirkəti

Hesab №: AZ52PAHA35090AZNHC0190000581    

VÖEN: 1300115641

Bank Adı: Paşa Bank ASC           

Kodu: 505141

VÖEN: 1700767721   

Müxbir hesab: AZ82NABZ01350100000000071944  

S.W.I.F.T. PAHAAZ22

Hərrac addımı – elan edilmiş qiymətin ən azı 1 %-i qədər olmalıdır.

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən azı 1 (bir) iş günü qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır:

  • Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
  •  Elanda göstərilmiş hərrac predmetinə dair behin hərracın təşkilatçısına ödənildiyini təsdiq edən sənəd;
  • Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;
  •  Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin və sifarişçi LPO ASC “Standard İnsurance” Sığorta Şirkəti ilə hərracın təşkilatçısı “Əmlak Hərrac Mərkəzi” MMC arasında bağlanmış Müqavilə və LPO ASC “Standard İnsurance” Sığorta Şirkətinin əsas vəsaitlərinin açıq (və ya qapalı) hərracda satışı üzrə sifarişlərin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin prosedur Qaydaları”nın tələblərinə uyğun həyata keçiriləcəkdir.

 

QEYD: Qaydaların tam mətni ilə www.e-herrac.com saytından tanış oluna bilər.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: (+99412) 539-47-22; (+99455) 745-25-56
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

Sifarişçinin əlaqə telefonları: 050-253-33-05 ; 055-213-51-35

2,000 AZN