Seçilmişlər

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-227/2018-015 saylı, 18.10.2018-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Yasamal rayon Icra Şöbəsi tərəfindən verilmiş 17/72-63906/188430 saylı, 22.04.2022-ci il tarixli sifarişi üzrə, borclu Əsədov Anar Vahid oğlunun mülkiyyətində olan, tələbkar Paşa Bank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsi 145 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbə, 1-ci səviyyəsi, borclu Əhmədov Zamik Gürşad oğlunun mülkiyyətində olan, tələbkar Paşa Bank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsi 145 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbə 2-ci səviyyəsi, borclu Hüseynov Fərhad Məmmədağa oğlunun mülkiyyətində olan, tələbkar Paşa Bank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi, bina 5, qapı 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 20 may 2022-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, 1-ci səviyyə üzrə 280.500 (iki yüz səksən min beş yüz) manata, 2-ci səviyyə üzrə 119.000 (bir yüz on doqquz min) manata, qeyri-yaşayış sahəsi üzrə 131.750 (bir yüz otuz bir min yeddi yüz əlli) manata təkrar açıq hərraca çıxarılmışdır.

Təkrar hərrac 08 iyun 2022-ci il tarixi, saat 11:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.

Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 1-ci səviyyə üzrə 14.025 (on dörd min iyirmi beş) manat, 2-ci səviyyə üzrə 5.950 (beş min doqquz yüz əlli) manat, qeyri-yaşayış sahəsi üzrə 6.588 manat (altı min beş yüz səksən səkkiz) manat miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla.

 

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi Bakı şəhəri Yasamal rayon  Icra Şöbəsinin depozit hesabına ödənilməlidir.

 

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: (+99412) 539-47-22 ; (+99450) 505-08-09
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

531,250 AZN