- Ana səhifə
- 〉
- Daşınar əmlak
- 〉
- Digər
- 〉
- TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR ELAN
Seçilmişlər
TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR ELAN
Ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkətinin Ləgvetmə komissiyasının 15.04.2022-ci il tarixli, 15/04/2022 saylı sifarişi ilə ləğvetmədə olan Sığorta Şirkətinin “Standard İnsurance” Sığorta Agentliyi Məhdud Məsuliyyətli Cəmiyyətində olan 79% (yetmiş doqquz faiz) hissəsində olan təsis (iştirak) payına dair 21 aprel 2022-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, həmin təsis payı 2.000 (iki min) manata olmaqla təkrar açıq hərraca çıxarılmışdır.
Təkrar hərrac 26 aprel 2022-ci il tarixi, saat 11:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.
Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 100 (bir yüz) manat miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac sifarişçisinin aşağıda göstərilən hesablaşma hesabına ödənilməlidir.
Adı: Ləğv prosesində olan ASC “Standard Insurance” Sığorta Şirkəti
Hesab №: AZ52PAHA35090AZNHC0190000581
VÖEN: 1300115641
Bank Adı: Paşa Bank ASC
Kodu: 505141
VÖEN: 1700767721
Müxbir hesab: AZ82NABZ01350100000000071944
S.W.I.F.T. PAHAAZ22
Hərrac addımı – elan edilmiş qiymətin ən azı 1 %-i qədər olmalıdır.
Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən azı 1 (bir) iş günü qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır:
- Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
- Elanda göstərilmiş hərrac predmetinə dair behin hərracın təşkilatçısına ödənildiyini təsdiq edən sənəd;
- Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;
- Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;
Açıq hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin və sifarişçi LPO ASC “Standard İnsurance” Sığorta Şirkəti ilə hərracın təşkilatçısı “Əmlak Hərrac Mərkəzi” MMC arasında bağlanmış Müqavilə və LPO ASC “Standard İnsurance” Sığorta Şirkətinin əsas vəsaitlərinin açıq (və ya qapalı) hərracda satışı üzrə sifarişlərin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin prosedur Qaydaları”nın tələblərinə uyğun həyata keçiriləcəkdir.
Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC
Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.
Tel: (+99412) 539-47-22; (+99455) 745-25-56
e-mail: [email protected]
rəsmi internet saytı: e-herrac.com
Sifarişçinin əlaqə telefonları: 050-253-33-05 ; 055-213-51-35
2,000 AZN