Seçilmişlər

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1409/2021 saylı, 24.11.2021-ci il tarixli (12 yanvar 2022-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, Şamaxı rayon İcra Şöbəsi tərəfindən verilmiş 2973/3 saylı, 15.03.2022-ci il  ( daxil olma 13.05.2022-ci il ) tarixli  sifariş üzrə, borclu Mikayılova Savalan Qüdrət oğluna məxsus, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən siyahıya alınmış, 2 ədəd kondisionerə dair 08 iyun 2022-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından,  1.200 (bir min iki yüz)  manata təkrar açıq hərraca çıxarılmışdır.  

Təkrar hərrac 17 iyun 2022-ci il tarixi, saat 11:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.

Təkrar hərracda iştirak üçün satış qiymətinin 10%-i, yəni  120 (bir yüz iyirmi) manat miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nağd qaydada ödənilməlidir.  

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 1%-dən az olmamaqla.

 

Qalib alıcı tərəfindən alış qiyməti 5 (beş) bank günü ərzində sifarişçi Şamaxı rayon üzrə İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.

 

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: (+99412) 539-47-22 ; (+99450) 505-08-09
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

1,200 AZN