Seçilmişlər

AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-135/2022 saylı, 07.01.2022-ci il tarixli (03 mart 2022-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, AR Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən verilmiş 52334/22 saylı, 06.07.2022-ci il ( daxil olma 08.07.2022-ci il) tarixli sifariş üzrə, borclu Səfixanov Cavad İlqar oğluna məxsus, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən siyahıya alınmış, ümumilikdə dəyəri 1.800 (bir min səkkiz yüz) manat məbləğində olan, 3 ədəd  Masa Divan dəsti Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinin tələblərinə uyğun olaraq açıq hərracda satılmalıdır.


İlkin hərrac açıq auksion qaydasında keçirilməklə  27 iyul 2022-ci il tarixi, saat 1100-a (növbəlik qaydasında) təyin edilmişdir.

Hərrac Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir.

Əmlakın ilkin satış qiyməti ümumilikdə ümumilikdə 1 .800 (bir min səkkiz yüz) manat ayrılıqda 600 (altı

 yüz) manat məbləğində müəyyənləşdirilmişdir.Hərracda iştirak üçün ilkin satış qiymətinin 10%-i, yəni

ümumilikdə 180 ( bir yüz səksən ) manat, ayrılıqda 60 (altmış) manat məbləğində beh

ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1  (bir) iş günü qalanadək hərrac təşkilatçısının

aşağıda göstərilən hesablaşma hesabına ödənilməlidir.

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Qalib alıcı tərəfindən alış qiyməti 5 (beş) bank günü ərzində sifarişçi AR Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsinin depozit hesabına ödənilməlidir.

Hərrac addımı - ilkin satış qiymətinin 1%-dən az olmamaqla

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel:(050)-210-66-47;
e-mail: 
[email protected]

rəsmi internet saytı: e-herrac.com

1,800 AZN