Seçilmişlər

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Abşeron rayon Məhkəməsinin 2(012)-656/2021 saylı, 06.09.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Abşeron rayon İcra Şöbəsinin 13.05.2022-ci il tarixli, 17/7521712312E saylı sifarişi ilə, borclu  Renzo Luxury” Riyad Ticarət Mərkəzində yerləşən Bella  mağazasına məxsus, qonaq otağı üçün 6 ədəd stuldan ibarət olan, qızılı rəngli stol-stul dəsti və 1 ədəd sarı rəngli divana dair 13 iyul 2022-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş təkrar (II)  hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, həmin mənzil ilkin satış qiymətindən 30% aşağı qiymətə yəni, ümumilikdə 1.960 ( bir min doqquz yüz altmış)  manata təkrar (sonuncu) açıq hərraca çıxarılmışdır.     

Təkrar hərrac 28 iyul 2022-ci il tarixi, saat 11:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.

Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni ümumilikdə 196 (bir yüz doxsan altı) manat miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.      

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 1%-dən az olmamaqla.

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) bank günü ərzində sifarişçi Abşeron rayon üzrə İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin və sifarişçi İcra Şöbəsi ilə bağlanmış Müqavilə və ona aid “Əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin prosedur Qaydaları”na əsasən uyğun həyata keçiriləcəkdir.

“Əmlakın açıq hərracda satışı üzrə hərracın təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsinin prosedur Qaydaları” ilə www.e-herrac.com internet saytında (Ana səhifə bölümündən) tanış ola bilərsiniz

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: (+99450) 210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

1,960 AZN