Seçilmişlər

AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-33/2020 saylı, 24.01.2020-ci il tarixli (12.01.2022-ci il tarixdə verilmiş)  icra vərəqəsinə əsasən, Bakı şəhəri Binəqədi rayon Icra Şöbəsi tərəfindən verilmiş 17/68-25078-16 saylı, 21.09.2022-ci il tarixli sifariş üzrə, tələbkar “Para BOKT” ASC-nin  xeyrinə ipoteka ilə yüklü edilmiş, borclu Əliyev Mübariz Əli oğlunun mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Əhmədov Elman küçəsində istifadədə olan  0.02572 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 191 kv.metr yaşayış, 254.3 kv.metr köməkçi sahədən ibarət 26c saylı fərdi yaşayış evi, həmçinin evin tərkibində olan həyətyanı tikili və qurğular  və Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində istifadədə olan 0.01191 ha torpaq sahəsində yerləşən bağ evi ( əsas göstəricisi : Liter A-I mərtəbəli, 2 otaqlı, 31.56 kv.metr ümumi, 29.2 kv.metr yaşayış, 6236 kv.metr yardımçı sahədən ibarət 588 d saylı bağ evi və bağ evinin tərkibi, Liter B-Qaraj tikintialtı sahə-45.8 kv.metr, Liter1 hasar, 37 kv.metr tikinti altı sahə, Liter II dəmir darvaza (2.5X3.6) həyətyanı tikili və qurğular) açıq hərracda satılmalıdır.


İlkin hərrac açıq auksion qaydasında keçirilməklə  18 oktyabr 2022-ci il tarixi, saat 1100-a (növbəlik qaydasında) təyin edilmişdir.

Hərrac Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir.

Əmlakın ilkin satış qiyməti fərdi yaşayış evi üzrə 445.000 (dörd yüz qırx beş min) manat, bağ evi üzrə 72.000

(yetmiş iki min) manat məbləğində müəyyənləşdirilmişdir.

Hərracda iştirak üçün ilkin satış qiymətinin 5%-i, yəni fərdi yaşayış evi üzrə 22.250 (iyirmi iki min iki yüz əlli) manat, bağ evi üzrə 3.600 (üç min altı yüz) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.

Hərrac addımı - ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla

 

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: (+99450) 210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

445,000 AZN