Seçilmişlər

AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Bakı şəhəri 21 saylı Notariat Ofisinin 8-i-6073 saylı,  24.08.2022-ci il tarixli icra qeydinə əsasən, Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən verilmiş 204-1937961-3  saylı, 15.02.2023-cü il tarixli sifariş üzrə, tələbkar Kapital Bank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Cavadov Faiq Əhmədağa oğluna məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, ev 1723D ünvanında olan 0.19 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 329.8 kv.metr, yardımçı sahəsi 218.5 kv.metr, yaşayış sahəsi 111.3 kv.metr və tikintialtı sahəsi 92.6 kv.metr olan 2 (iki) mərtəbəli, 4 otaqlı bağ evi  açıq hərracda satılmalıdır.          

    
İlkin hərrac açıq auksion qaydasında keçirilməklə  14 mart 2023-cü il tarixi, saat 1000-a (növbəlik qaydasında) təyin edilmişdir.

Hərrac Bakı şəhəri, Yasamal rayonu Kazım Kazımzadə 123 ünvanında keçiriləcəkdir.   

Əmlakın ilkin satış qiyməti 700.000 (yeddi yüz min)  manat məbləğində müəyyənləşdirilmişdir.

Hərracda iştirak üçün ilkin satış qiymətinin 5%-i, yəni  35.000 (otuz beş  min) manat  məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.              

H/h: AZ87AIIB400600C9444230278103     

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.        

Hərrac addımı - ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla

 

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəh., Yasamal ray., Məhəllə 563, K.Kazımzadə 123

(Mərkəzi Gömrük Hospitalı ilə üzbəüz)

Tel: (+99450) 210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

700,000 AZN