Seçilmişlər

AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Bakı Apellyasiya Məhkəməsinin 2(103)-652/2020 saylı, 30.096.2020-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən verilmiş 17/68-28181-16 saylı, 01.03.2023-cü il tarixli (daxil olma 03.03.2023-cü il) sifariş üzrə, tələbkar “Yapı Kredi Bank Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Cəfərova Gülşən Salman qızına məxsus, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 709c ünvanında olan, 0.06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 240.95 kv.metr ümumi, 193.15 kv.metr yaşayış, 47.8 kv.metr yardımçı sahədən ibarət bağ evi və  Zeynalova Şəhla Mahmud qızına məxsus, Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 42A ünvanında olan, 0.02063 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 245.3 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi açıq hərracda satılmalıdır.  


İlkin hərrac açıq auksion qaydasında keçirilməklə  31 mart 2023-cü il tarixi, saat 1100-a (növbəlik qaydasında) təyin edilmişdir.

Hərrac Bakı şəhəri, Yasamal rayonu Kazım Kazımzadə 123 ünvanında keçiriləcəkdir.

Əmlakın ilkin satış qiyməti bağ evi üzrə 450.000 (dörd yüz əlli min) manat, əmlak kompleksi  üzrə

530.000 (beş yüz otuz min) manat məbləğində müəyyənləşdirilmişdir.

Hərracda iştirak üçün ilkin satış qiymətinin 5%-i, yəni bağ evi üzrə 22.500 (iyirmi iki min beş yüz) manat, əmlak kompleksi  üzrə 26.500 (iyirmi altı min beş yüz) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.  

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.

Hərrac addımı - ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla

 

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəh., Yasamal ray., Məhəllə 563, K.Kazımzadə 123

(Mərkəzi Gömrük Hospitalı ilə üzbəüz)

Tel: (+99450) 210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

980,000 AZN