Seçilmişlər

AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-27/2017 saylı, 10.01.2018-ci il tarixli icra vərəqəsinə əsasən, Abşeron rayon İcra Şöbəsi tərəfindən verilmiş 17/751483412E saylı, 21.07.2022-ci il tarixli sifarişi üzrə, borclu Qasımova Zərnigar Məmməd qızına məxsus, tələbkar “Yelo Bank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Kamran Hüseynov küçəsində, 0.01378 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 215.1 kv.metr olan, 4 otaqlı, 6 saylı fərdi yaşayış evi  açıq hərracda satılmalıdır.


İlkin hərrac açıq auksion qaydasında keçirilməklə  18 avqust 2022-ci il tarixi, saat 1100-a (növbəlik qaydasında) təyin edilmişdir.

Hərrac Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir.

Əmlakın ilkin satış qiyməti 189.500  (bir yüz səksən doqquz min beş yüz) manat məbləğində

müəyyənləşdirilmişdir.

Hərracda iştirak üçün ilkin satış qiymətinin 5%-i, yəni 9.475 (doqquz min dörd yüz yetmiş beş) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi Abşeron rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.

Hərrac addımı - ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla

 

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: (+99450) 210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

189,500 AZN