Seçilmişlər

ƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Gəncə Apellsiya Məhkəməsinin 2(104)-64/2019 saylı, 23.10.2019-cu il tarixli (19.01.2021-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, AR Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən verilmiş A.C №33176/21 saylı, 14.02.2023-cü il tarixli (daxil olma 16.02.2023-cü il)sifariş üzrə, tələbkar “Accessbank” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Quliyev Hüseynağa Mütəllim oğluna   məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 11 saylı qeyri-yaşayış binası və Gənə şəhəri, Nizami rayonu, Ozan küçəsində yerləşnə 41 saylı fərdi yaşayış evinə   dair 14 mart 2023-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, həmin əmlaklar ilkin satış qiymətindən 15% aşağı qiymətə yəni 11 saylı qeyri-yaşayış binası üzrə 107.525 (bir yüz yeddi min beş yüz iyirmi beş) manata, 41 saylı fərdi yaşayış evi üzrə 127.500 (bir yüz iyirmi yeddi min beş yüz) manata təkrar açıq hərraca çıxarılmışdır.                            

Təkrar hərrac 31 mart 2023-cü il tarixi, saat 10:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.

Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 11 saylı qeyri-yaşayış binası üzrə 5.377 (beş min üç

yüz yetmiş yeddi) manat, 41 saylı fərdi yaşayış evi üzrə  6.375 (altı min üç yüz yetmiş beş) manat miqdarında beh

ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac  təşkilatçısının

aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.           

H/h: AZ87AIIB400600C9444230278103     

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla.    

 

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi AR Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsinin depozit hesabına ödənilməlidir.                

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC  

Ünvan: Bakı şəhəri, Yasamal ray., K.Kazımzadə 123.

Tel: 050-210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

235,025 AZN