Seçilmişlər

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Şəmkir rayon Məhkəməsinin 2(076)-4743/2016 saylı, 28.12.2016-cı il tarixli (30.01.2017-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, Şəmkir rayon İcra Şöbəsi tərəfindən verilmiş 42651/2017-182506/2023 saylı, 04.08.2023-cü il tarixli sifarişi üzrə, LPO “Zaminbank”ASC-nin (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) xeyrinə ipoteka ilə yüklü edilmiş, Məhərrəmov Çərkəz Sədirnizam oğluna məxsus olan, Şəmkir rayonu, Qılıncbəyli kəndi, A.Şaiq küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evinə dair 01 sentyabr 2023-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, 34.850 (otuz dörd min səkkiz yüz əlli) manata təkrar açıq hərraca çıxarılmışdır.

Təkrar hərrac 19 sentyabr 2023-cü il tarixi, saat 10:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.

Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni  41.742,5 (bir min yeddi yüz qırx iki manat əlli

qəpik) manat miqdarında beh ödənilməlidir.

Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən

 hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.  

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla.

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi Şəmkir rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəh., Yasamal ray., K.Kazımzadə 123

            (Mərkəzi Gömrük Hospitalı ilə üzbəüz)

Tel: (+99450) 210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

 

34,850 AZN