- Ana səhifə
- 〉
- Daşınmaz əmlak
- 〉
- Fərdi yaşayış
- 〉
- TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR
Seçilmişlər
TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR
Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2405/2021 saylı, 17.11.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Şəmkir rayon İcra Şöbəsi tərəfindən verilmiş 31031/2022-192542/23 saylı, 09.08.2023-cü il tarixli sifarişi üzrə, Şəmkir şəhəri, F.X.Xoyski küçəsində yerləşən, Bədəlov Məzahir Fərmayıl oğlunun, Bədəlova Leyla Cahan qızının, Fərmayıllı Rəşad Məzahir oğlunun və Qəhrəmanova Dilşad Məzahir qızının ümumi paylı mülkiyyətində olan, 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Bədəlov Məzahir Fərmayıl oğlunun tam mülkiyyətində olan 84.3 kv.metr yaşayış, 46.0 kv.metr yardımçı, 130.3 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli, 4 otaqlı; 68.1 kv.metr yaşayış, 208.1 kv.metr yardımçı, 276.2 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli, 3 otaqlı, 44 nömrəli fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkib hissəsi olan (Liter B) 16.9 kv.metr, 1 mərtəbəli anbar, (Liter I) 174.3 kv.metr çardaq, (Liter II) 52.2 kv.metr hovuz, cəmi 243.4 kv.metr tikintialtı sahədən ibarət həyətyanı tikili və qurğularına dair 08 sentyabr 2023-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, 187.000 (bir yüz səksən yeddi min) manata təkrar açıq hərraca çıxarılmışdır.
Təkrar hərrac 26 sentyabr 2023-cü il tarixi, saat 10:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.
Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 9.350 (doqquz min üç yüz əlli) manat
Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən
hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.
H/h: AZ87AIIB400600C9444230278103
Bank: Kapital bank 1 saylı Yasamal filialı
VÖEN – 9900003611
Kodu: 200037
M/H:AZ37NABZ01350100000000001944
SWIFT : AIIBAZ2XXX
Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla.
Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi Şəmkir rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.
Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;
4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;
Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.
Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC
Ünvan: Bakı şəh., Yasamal ray., K.Kazımzadə 123
(Mərkəzi Gömrük Hospitalı ilə üzbəüz)
Tel: (+99450) 210-66-47
e-mail: [email protected]
rəsmi internet saytı: e-herrac.com
187,000 AZN