Seçilmişlər

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1632/2013 saylı, 12.04.2013-cü il tarixli (05 sentyabr 2017-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən verilmiş 17/68-276945-16 saylı, 04.07.2022-ci il tarixli sifarişi üzrə, tələbkar “Yelo bank”ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsində istifadədə olan 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 9 otaqlı, 151,6 kv.metr yaşayış, 276,7 kv.metr köməkçi sahədən ibarət 78 A saylı fərdi yaşayış evinin Əliyev Hikmət Əli oğluna məxsus olan hissəsinə dair 27 iyul 2022-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, 72.250 (yetmiş iki min iki yüz əlli) manata təkrar açıq hərraca çıxarılmışdır.

Təkrar hərrac 16 avqust 2022-ci il tarixi, saat 11:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.

Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni  3.613  (üç min altı yüz on üç) manat

miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək

hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada

ödənilməlidir.  

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

 

Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla.

 

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.

 

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: (+99450) 210-66-47

e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

72,250 AZN