Seçilmişlər

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-152/2021 saylı, 23.07.2021-ci il tarixli (24.08.2021-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, AR Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən verilmiş İ/Q  44324/22 saylı, 30.06.2022-ci il tarixli sifariş üzrə, Cəfərov Yadigar Xaliq oğluna xüsusi mülkiyyət hüququ ilə məxsus olan, tələbkar  LPO “Gəncəbank” ASC-nin (ləğvedici Əmanətlərin Sığortalanması Fondu)  xeyrinə ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, Kəpəz rayonu, Tusi küçəsində 0.05 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 150.7 kv.metr olan 8 nömrəli  fərdi yaşayış evinə  (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, 0806446 №-li çıxarışa əsasən reyestr nömrəsi 202013004179-10301  qeydiyyat nömrəsi 1516000701, qeydiyyat tarixi 27.01.2016-cı il) dair 28 iyul 2022-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, 40.800 (qırx min səkkiz yüz) manata təkrar açıq hərraca çıxarılmışdır.

Təkrar hərrac 16 avqust 2022-ci il tarixi, saat 11:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.

Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni  2.040  (iki min qırx) manat

miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək

hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada

ödənilməlidir.  

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

 

Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla.

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi AR Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsinin depozit hesabına ödənilməlidir.

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: (+99450) 210-66-47

e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

40,800 AZN