Seçilmişlər

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2/2022 saylı, 13.04.2022-ci il tarixli  (22 iyun 2022-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfndən verilmiş 17/68-140136-16 saylı, 27.10.2022-ci il tarixli sifarişi üzrə, borclu Həsənov Elçin Miriş oğluna məxsus, tələbkar  “Accessbank” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə 7 ünvanında, 0.0142 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 90.7 kv.metr yaşayış, 5,9 kv.metr yardımçı, 96.6 kv.metr ümumi sahədən ibarət 28 saylı fərdi yaşayış evinə dair 22 noyabr 2022-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, 36.550 (otuz altı min beş yüz əlli) manata təkrar açıq hərraca çıxarılmışdır.

Təkrar hərrac 13 dekabr 2022-ci il tarixi, saat 11:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.

Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni  1.828 (bir min səkkiz yüz iyirmi səkkiz) manat

 miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac

 təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.  

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla.

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəh., Yasamal ray., K.Kazımzadə 123

            (Mərkəzi Gömrük Hospitalı ilə üzbəüz)

Tel: (+99450) 210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

 

36,550 AZN