Seçilmişlər

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-471/2019 saylı, 18.06.2019-cu il tarixli icra vərəqəsinə əsasən, AR Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən verilmiş R.M.212267/22 saylı, 14.02.2023-cü il tarixli sifariş üzrə, tələbkar LPO “Gəncəbank” ASC-nin (ləğvedici Əmanətlərin Sığortalanması Fondu) xeyrinə ipoteka ilə yüklü edilmiş, Hüseynov Elşad Paşa oğluna məxsus, Gəncə şəhəri, Kəpəz rayonu, İlham Əliyev küçəsində, 0.04 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 91 kv.metr yaşayış, 31.3 kv.metr köməkçi sahədən ibarət 109 nömrəli fərdi yaşayış evinə (Hüquqların Dövlət Qeydiyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, 0004804 №li çıxarışa əsasən reyestr nömrəsi 202013000394-10301, qeydiyyat nömrəsi 150700579, qeydiyyat tarixi 27.01.2007-ci il) dair 14 mart 2023-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, həmin əmlaklar ilkin satış qiymətindən 15% aşağı qiymətə yəni 68.000 (altmış səkkiz min) manata təkrar açıq hərraca çıxarılmışdır.                            

Təkrar hərrac 31 mart 2023-cü il tarixi, saat 10:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.

Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 3.400 (üç min dörd yüz) manat miqdarında beh

ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac  təşkilatçısının

aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.           

H/h: AZ87AIIB400600C9444230278103     

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla.    

 

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi AR Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsinin depozit hesabına ödənilməlidir.                

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC  

Ünvan: Bakı şəhəri, Yasamal ray., K.Kazımzadə 123.

Tel: 050-210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

68,000 AZN