Seçilmişlər

AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4008/2022 saylı, 03.10.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən verilmiş 284752/5 saylı, 12.04.2023-cü il tarixli (daxil olma 14.08.2023-cü il) sifarişi üzrə, tələbkar “Brand Credit” BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, borclu Muradova Günel Nəbi qızının mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, Həsən Bəy Zərdabi prospekti, ev 78V ünvanında yerləşən 215 saylı mənzil açıq hərracda satılmalıdır.


İlkin hərrac açıq auksion qaydasında keçirilməklə  12 sentyabr 2023-cü il tarixi, saat 1000-a (növbəlik qaydasında) təyin edilmişdir.

Hərrac Bakı şəhəri, Yasamal rayonu Kazım Kazımzadə 123 ünvanında keçiriləcəkdir.

Əmlakın ilkin satış qiyməti 300.000 (üç yüz min) manat məbləğində  müəyyənləşdirilmişdir.

Hərracda iştirak üçün ilkin satış qiymətinin 5%-i, yəni 15.000 (on beş min) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.  

H/h: AZ87AIIB400600C9444230278103  

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi Bakı şəhəri Yasamal  rayon Icra Şöbəsinin depozit hesabına ödənilməlidir.        

Hərrac addımı - ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla

 

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəh., Yasamal ray., Məhəllə 563, K.Kazımzadə 123

(Mərkəzi Gömrük Hospitalı ilə üzbəüz)

Tel: (+99450) 210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

300,000 AZN