- Ana səhifə
- 〉
- Daşınmaz əmlak
- 〉
- Mənzil
- 〉
- AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR
Seçilmişlər
AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR
Bakı Apellyasiya Məhkəməsinin 2(103)-341/2023 saylı, 31.01.2023-cü il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən verilmiş 1028-N e173841/2023-4-34 saylı, 30.08.2023-cü il tarixli sifariş üzrə, tələbkar “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, D.Bünyadzadə küçəsi, ev 23 ünvanında yerləşən 27 saylı mənzil açıq hərracda satılmalıdır.
İlkin hərrac açıq auksion qaydasında keçirilməklə 26 sentyabr 2023-cü il tarixi, saat 1000-a (növbəlik qaydasında) təyin edilmişdir.
Hərrac Bakı şəhəri, Yasamal rayonu Kazım Kazımzadə 123 ünvanında keçiriləcəkdir.
Əmlakın ilkin satış qiyməti 150.000 (bir yüz əlli min) manat məbləğində müəyyənləşdirilmişdir.
Hərracda iştirak üçün ilkin satış qiymətinin 5%-i, yəni 7.500 (yeddi min beş yüz) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.
H/h: AZ87AIIB400600C9444230278103
Bank: Kapital bank 1 saylı Yasamal filialı
VÖEN – 9900003611
Kodu: 200037
M/H:AZ37NABZ01350100000000001944
SWIFT : AIIBAZ2XXX
Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi Bakı şəhəri Sabunçu rayon Icra Şöbəsinin depozit hesabına ödənilməlidir.
Hərrac addımı - ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla
Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;
4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;
Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.
Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC
Ünvan: Bakı şəh., Yasamal ray., Məhəllə 563, K.Kazımzadə 123
(Mərkəzi Gömrük Hospitalı ilə üzbəüz)
Tel: (+99450) 210-66-47
e-mail: [email protected]
rəsmi internet saytı: e-herrac.com
150,000 AZN