- Ana səhifə
- 〉
- Daşınmaz əmlak
- 〉
- Mənzil
- 〉
- TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR
Seçilmişlər
TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR
Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-1061/2022 saylı, 15.07.2022-cü il tarixli (05.10.2022-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin 17/68-233021-16 saylı, 09.08.2023-cü il tarixli sifarişi üzrə, paylı mülkiyyətdə olan, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 137 ünvanında yerləşən 24 saylı mənzilinə dair 08 sentyabr 2023-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, 103.500 (bir yüz üç min beş yüz) manata təkrar açıq hərraca çıxarılmışdır.
Təkrar hərrac 22 sentyabr 2023-cü il tarixi, saat 10:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.
Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 5.175 (beş min yüz yetmiş beş) manata miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.
H/h: AZ87AIIB400600C9444230278103
Bank: Kapital bank 1 saylı Yasamal filialı
VÖEN – 9900003611
Kodu: 200037
M/H:AZ37NABZ01350100000000001944
SWIFT : AIIBAZ2XXX
Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 1%-dən az olmamaqla.
Qalib alıcı tərəfindən alış qiyməti 5 (beş) iş günü ərzində sifarişçi Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.
Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;
4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.
Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC
Ünvan: Bakı şəh., Yasamal ray., Məhəllə 563, K.Kazımzadə 123
(Mərkəzi Gömrük Hospitalı ilə üzbəüz) .
Tel: (+99450) 210-66-47
e-mail: [email protected]
rəsmi internet saytı: e-herrac.com
103,500 AZN