Seçilmişlər

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-384/2022 saylı, 26.09.2022-ci il tarixli (25 iyun 2023-cü il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən verilmiş 17/68-145908-16 saylı, 17.07.2023-cü il tarixli sifarişi üzrə, borclu Şahverdiyev Raqib Seydrza oğluna məxsus, tələbkar  “Bank BTB” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, 60.91 kv.metr ümumi, 41.21 kv.metr yaşayış, 19.7 kv.metr yardımçı sahədən ibarət olan, 3 otaqlı, Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi ünvanında yerləşən,  19 nömrəli evin 39 saylı mənzilinə (Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, 0414811 №-li çıxarışa əsasən, reyestr nömrəsi 001011000662-05101-093034, qeydiyyat nömrəsi 1114057867, qeydiyyat tarixi 18.06.2014-cü il)  dair 15 avqust  2023-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin açıq hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, həmin əmlak ilkin satış qiymətindən 15% aşağı qiymətə yəni 72.250 (yetmiş iki min iki yüz əlli) manata təkrar açıq hərraca çıxarılmışdır.                                      

Təkrar hərrac 01 sentyabr 2023-cü il tarixi, saat 10:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.    

Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 3.612,5 (üç min altı yüz on iki manat əlli qəpik) manat təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.             

H/h: AZ87AIIB400600C9444230278103            

Bank: Kapital bank 1 saylı Yasamal filialı    

VÖEN – 9900003611  

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla.        

 

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi Bakı şəhəri Binəqədi rayon Icra Şöbəsinin depozit hesabına ödənilməlidir.                           

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC  

Ünvan: Bakı şəhəri, Yasamal ray., K.Kazımzadə 123.

Tel: 050-210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

72,250 AZN