Seçilmişlər

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR ELAN

Ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkətinin Ləgvetmə komissiyasının 31.03.2022-ci il tarixli, 31/03/2022 saylı sifarişi  ilə ləğvetmədə olan Sığorta Şirkətinə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi , ev 251, mənzil 20 (ümumi sahəsi 56.6 m2), Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi , ev 251, mənzil 49 (ümumi sahəsi 46.5 m2), Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi, ev 251, mənzil 50 (ümumi sahəsi 52.7 m2) və Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, ev 96, mənzil 65 (ümumi sahəsi 114.7 m2) ümumilikdə sahəsi 270,5 m2  olan 4 (dörd) mənzilə dair 21 aprel 2022-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş təkrar hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, həmin mənzil ilkin satış qiyməti olan 875.000 (səkkiz yüz yetmiş beş min) manatdan 10% aşağı olmaqla, yəni  787.500 (yeddi yüz səskən yeddi min beş yüz) manata təkrar açıq hərraca çıxarılmışdır.

Təkrar hərrac 11 may 2022-ci il tarixi, saat 11:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.

Təkrar hərracda iştirak üçün satış qiymətinin 1%-i, yəni 7.875  (yeddi min səkkiz yüz yetmiş beş) manat miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac sifarişçisinin aşağıda göstərilən hesablaşma hesabına ödənilməlidir.

Adı: Ləğv prosesində olan ASC “Standard Insurance” Sığorta Şirkəti

Hesab №: AZ52PAHA35090AZNHC0190000581    

VÖEN: 1300115641

Bank Adı: Paşa Bank ASC           

Kodu: 505141

VÖEN: 1700767721   

Müxbir hesab: AZ82NABZ01350100000000071944  

S.W.I.F.T. PAHAAZ22

Hərrac addımı – elan edilmiş qiymətin ən azı 1 %-i qədər olmalıdır.

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən azı 1 (bir) iş günü qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır:

  • Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
  •  Elanda göstərilmiş hərrac predmetinə dair behin hərracın təşkilatçısına ödənildiyini təsdiq edən sənəd;
  • Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;
  •  Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin və sifarişçi LPO ASC “Standard İnsurance” Sığorta Şirkəti ilə hərracın təşkilatçısı “Əmlak Hərrac Mərkəzi” MMC arasında bağlanmış Müqavilə və LPO ASC “Standard İnsurance” Sığorta Şirkətinin əsas vəsaitlərinin açıq (və ya qapalı) hərracda satışı üzrə sifarişlərin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin prosedur Qaydaları”nın tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: (+99412) 539-47-22; (+99455) 745-25-56
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

Sifarişçinin əlaqə telefonları: 050-253-33-05 ; 055-213-51-35

787,500 AZN