Seçilmişlər

Nərimanov rayonu, Ak. H.Əliyev pr., 945 məhəllə ünvanında 18 mərtəbəli yaşayış binasının “B” blokunun, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 140.32 kv. metr olan 3 otaqlı, 4 saylı mənzil hərraca cıxarılmışdır

 

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

ELAN

Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin 28.07.2021-ci il tarixli, 10477-89600/21-15-26 saylı sifarişi ilə, Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev pr., 945 məhəllə ünvanında 18 mərtəbəli yaşayış binasının “B” blokunun, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 140.32 kv. metr olan 3 otaqlı, 4 saylı mənzilə dair 10 avqust 2021-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, həmin mənzil ilkin satış qiyməti olan, aparılmış qiymətləndirmə hesabatı ilə 168.384  (bir yüz altmış səkkiz min üç yüz səksən dörd) manatdan 10% aşağı, yəni 151.545,6 (bir yüz əlli bir min beş yüz qırx beş manat altmış qəpik) manata təkrar açıq hərraca çıxarılmışdır.

Təkrar hərrac 24 avqust 11:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.

Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 7.577 (yeddi min beş yüz yetmiş yeddi) manat miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının hesabına və ya nəğd qaydada ödənilməlidir.

Hərrac addımı – ilkin satış qiymətinin 1%-dən çox olmamaqla

(Əlavə olaraq “Qeyd”ə bax).

 

QEYD: Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) iş günü qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair behin hərracın təşkilatçısına ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: (+99412) 539-47-22 ; (+99455) 745-25-56
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

 

 

 

151,545 AZN