Seçilmişlər

“Avesta Konserni” MMC-nə məxsus Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi pr-ti 74 ünvanında yerləşən 27,68 kv. m. qaraj sahəsi açıq hərraca çıxarılmışdır.

HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

ELAN

Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin 02.06.2021-ci il tarixli, 7514/152113/20-15-18 saylı sifarişi ilə  “Avesta Konserni” MMC-nə məxsus Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi pr-ti 74 ünvanında yerləşən 27,68 kv. m. qaraj sahəsi açıq hərraca çıxarılmışdır.
Hərrac açıq hərrac qaydasında keçirilməklə  24 avqust 2021-ci il tarixi, saat 1100-a (növbəlik qaydasında) təyin edilmişdir.
Hərrac Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir.
Əmlakın ilkin satış qiyməti 27.680  (iyirmi yeddi min altı yüz səksən) manat məbləğində müəyyənləşdirilmişdir.
Hərracda iştirak üçün ilkin satış qiymətinin 5%-i, yəni 1.384 (bir min üç yüz səksən dörd) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının hesabına ödənilməlidir.

Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 1%-dən çox olmamaqla.

(Əlavə olaraq “Qeyd”ə bax).

 

QEYD: Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) saat qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair behin hərracın təşkilatçısına ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti.

Hərracın təşkilatçısı
 

“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: (+99412) 539-47-22 ; (+99455) 745-25-56
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

 

 

 

 

 

 

 

27,680 AZN