Seçilmişlər

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-331/2021 saylı, 24.09.2021-ci il tarixli (05 aprel 2022-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, AR Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən verilmiş İ/Q 104820/22 saylı, 08.06.2022-ci il tarixli sifarişi üzrə, tələbkar LPO“Gəncəbank” ASC-nin (ləğvedici Əmanətlərin Sığortalanması Fondu) xeyrinə ipoteka ilə yüklü edilmiş, borclu Musayev Azad Cahangir oğluna məxsus olan, Gəncə şəhəri, Nizami rayonu, Əbdülkərim Mehmandarov küçəsində, 0.00602 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 53.85 kv.metr ümumi sahədən ibarət, bir mərtəbəli qeyri-yaşayış binasına dair 05 iyul 2022-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, həmin qeyri-yaşayış binası ilkin satış qiymətindən 15% aşağı qiymətə yəni,  76.500 (yetmiş altı min beş yüz) manata təkrar açıq hərraca çıxarılmışdır.                      

Təkrar hərrac 25 iyul 2022-ci il tarixi, saat 11:00 (növbəlik qaydasında) tarixinə  təyin edilmişdir.

Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 3.825 (üç min səkkiz yüz iyirmi beş) manat miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya xəzinəsinə nəğd qaydada ödənilməlidir.      

H/h: AZ87AIIB400600C9444230278103     

Bank: Kapital bank 1 saylı Yasamal filialı  

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Hərrac addımı – əmlakın satış qiymətinin 3%-dən artıq olmamaqla.

 

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi AR Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsinin depozit hesabına ödənilməlidir.

 

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: (+99412) 539-47-22 ; (+99450) 210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

76,500 AZN