Seçilmişlər

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-138/2022 saylı, 05.05.2022-ci il tarixli  (05 avqust 2022-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, Şəmkir rayon İcra Şöbəsi tərəfindən verilmiş 182249/2022-12 saylı, 07.09.2022-ci il tarixli (daxil olma 13.09.2022-ci il) sifarişi üzrə, borclu Hüseynov Zabit Qədim oğluna məxsus, tələbkar  LPO “Atabank” ASC-nin (ləğvedici Əmanətlərin Sığortalanması Fondu) xeyrinə ipoteka ilə yüklü edilmiş, Şəmkir şəhəri, 20 yanvar küçəsi, ev 119 ünvanında yerləşən qeyri-yaşayış binası ilə birlikdə 0.005 ha torpaq sahəsinə dair 10 oktyabr 2022-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, 28.900 (iyirmi səkkiz min doqquz yüz) manata təkrar açıq hərraca çıxarılmışdır.

Təkrar hərrac 28 oktyabr 2022-ci il tarixi, saat 11:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.

Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni  1.445 (bir min dörd yüz qırx beş) manat

miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək

hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada

ödənilməlidir.  

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

 

Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla.

 

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi Şəmkir rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.

 

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Kazım Kazımzadə 123.

Tel: (+99450) 210-66-47

e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

28,900 AZN