Seçilmişlər

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Abşeron rayonu 1 Saylı Notariat Konturunun 8i-12987 saylı, 16.12.2021-ci il tarixli icra qeydinə əsasən, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən verilmiş 17/72-305604/2421871 saylı, 06.12.2022-ci il tarixli sifariş üzrə, tələbkar Hümbətov Radik Əliyar oğlunun xeyrinə ipoteka ilə yüklü edilmiş, borclu Abbasova Sima Məhəmməd qızına məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi, ev 16 ünvanında yerləşən, 70.5 kv.metr ümumi sahədən ibarət olan qeyri yaşayış sahəsinə dair 06 yanvar 2023-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, həmin mənzil ilkin satış qiymətindən 15% aşağı qiymətə yəni 119.850 (bir yüz on doqquz min səkkiz yüz əlli)  manata təkrar açıq hərraca çıxarılmışdır.                     

Təkrar hərrac 24 yanvar 2023-cü il tarixi, saat 10:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.

Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 5.993 (beş min doqquz yüz doxsan üç) manat miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.           

H/h: AZ87AIIB400600C9444230278103    

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla.

 

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.             

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC  

Ünvan: Bakı şəhəri, Yasamal ray., K.Kazımzadə 123.

Tel: 050-210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

119,850 AZN