Seçilmişlər

Sumqayıt şəhəri, 10-cu mikrorapyon, ev 5 ünvanında yerləşən 62 saylı mənzil hərraca çıxarılmışdır.

“ƏMLAK HƏRRAC MƏRKƏZİ” MMC

HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

ELAN

Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 13.04.2021-ci il tarixli, 50/31 saylı sifarişi ilə Sumqayıt şəhər Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli, 2 (060)-438 saylı  icra sənədi əsasında Sumqayıt şəhəri, 10-cu mikrorapyon, ev 5 ünvanında yerləşən 62 saylı mənzil hərraca çıxarılmışdır.
Hərrac açıq hərrac qaydasında keçirilməklə  17 may 2021-ci il tarixi, saat 1200-a təyin edilmişdir.
Hərrac Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A (keçmiş Mətbuat pr. 18/7, 539-cu məhəllə) ünvanında, akt zalında keçiriləcəkdir.
Əmlakın  ilkin satış qiyməti 40.000 (qırx min) manat məbləğindədir.
Hərracda iştirak üçün hərrac predmetinin ilkin satış qiymətinin (40.000 manat) 5% -i, yəni 2.000 (iki min) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərracın təşkilatçısı “Əmlak Hərrac Mərkəzi” MMC-nin depozit hesabına ödənilməlidir.
Hərracın predmeti Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 5 ünvanında yerləşən, 62 saylı mənzildir.

Hərrac addımı (yeni təklifin əvvəlkindən daha yüksək olması lazım olan minimum məbləğ) - ilkin satış qiymətinin 3 faizi

Hərracda iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır.
1) Fiziki şəxslər- şəxsiyyət vəsiqəsinin surətini və hərracda iştirak etmək üçün ərizə
2) Hüquqi şəxslər- təsis sənədlərinin surətini və hərracda iştirak etmək üçün ərizə
3) Satış qiymətinin 5% məbləğində behin ödənilməsi haqqında qəbz
Hərracın qalibi tərəfindən əmlakın dəyəri ən geci 7 (yeddi) təqvim günü ərzində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin depozit hesabına ödənilməlidir.

Hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə ödənilən beh məbləğlərini hərracın təşkilatçısı tərəfindən 7 təqvim günü müddətində geri qaytarılır.
Daha ətraflı məlumat üçün aşağıdakı telefon nömrələri və ya e-mail vasitəsi ilə əlaqə saxlanıla bilər.


Tel: (+99412) 539-47-22 ; (+99455)745-25-56
e-mail: 
[email protected]

 

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

40,000 AZN