Seçilmişlər

Sumqayıt şəhəri, 17-cu mikrorayon, ev 33 ünvanında yerləşən 2 saylı mənzil hərraca çıxarılmışdır.

“ƏMLAK HƏRRAC MƏRKƏZİ” MMC

HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

ELAN

Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 13.04.2021-ci il tarixli, 49/31 saylı sifarişi ilə Sumqayıt şəhər Məhkəməsinin 16 iyul 2017-ci il tarixli, 2 (060)-114 saylı  icra sənədi əsasında Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 33 ünvanında yerləşən 2 saylı mənzil hərraca çıxarılmışdır.
Hərrac açıq hərrac qaydasında keçirilməklə  17 may 2021-ci il tarixi, saat 1500-a təyin edilmişdir.
Hərrac Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A (keçmiş Mətbuat pr. 18/7, 539-cu məhəllə) ünvanında, akt zalında keçiriləcəkdir.
Əmlakın  ilkin satış qiyməti 25.000 (iyirmi beş min) manat məbləğindədir.
Hərracda iştirak üçün hərrac predmetinin ilkin satış qiymətinin (25.000 manat) 5% -i, yəni 1.250 (bir min iki yüz əlli) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərracın təşkilatçısı “Əmlak Hərrac Mərkəzi” MMC-nin depozit hesabına ödənilməlidir.
Hərracın predmeti Sumqayıt şəhəri, 17-cu mikrorayon, ev 33 ünvanında yerləşən, 2 saylı mənzildir.

Hərrac addımı (yeni təklifin əvvəlkindən daha yüksək olması lazım olan minimum məbləğ) - ilkin satış qiymətinin 3 faizi

Hərracda iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır.
1) Fiziki şəxslər- şəxsiyyət vəsiqəsinin surətini və hərracda iştirak etmək üçün ərizə
2) Hüquqi şəxslər- təsis sənədlərinin surətini və hərracda iştirak etmək üçün ərizə
3) Satış qiymətinin 5% məbləğində behin ödənilməsi haqqında qəbz
Hərracın qalibi tərəfindən əmlakın dəyəri ən geci 7 (yeddi) təqvim günü ərzində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin depozit hesabına ödənilməlidir.

Hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə ödənilən beh məbləğlərini hərracın təşkilatçısı tərəfindən 7 təqvim günü müddətində geri qaytarılır.
Daha ətraflı məlumat üçün aşağıdakı telefon nömrələri və ya e-mail vasitəsi ilə əlaqə saxlanıla bilər.
 
Tel: (+99412) 539-47-22 ; (+99455)745-25-56
e-mail: [email protected]

 

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

 

25,000 AZN