Seçilmişlər

Sumqayıt şəhəri, Saray bağlar massivi, ev 3203A ünvanında yerləşən fərdi-yaşayış evi hərraca çıxarılmışdır.

“ƏMLAK HƏRRAC MƏRKƏZİ” MMC

HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

ELAN

Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 13.04.2021 tarixli, 48/31 saylı sifarişi ilə Sumqayıt şəhər Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli, 2 (060)-5637 saylı  icra sənədi əsasında Sumqayıt şəhəri, Saray bağlar massivi, ev 3203A ünvanında yerləşən fərdi-yaşayış evi hərraca çıxarılmışdır.
Hərrac açıq hərrac qaydasında keçirilməklə  16 may 2021-ci il tarixi, saat 1500-a təyin edilmişdir.
Hərrac Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A (keçmiş Mətbuat pr. 18/7, 539-cu məhəllə) ünvanında, akt zalında keçiriləcəkdir.
Əmlakın  ilkin satış qiyməti 63.000 (altmış üç min) manat məbləğindədir.
Hərracda iştirak üçün hərrac predmetinin ilkin satış qiymətinin (63.000 manat) 5% -i, yəni 3.150 ( üç min yüz əlli) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərracın təşkilatçısı “Əmlak Hərrac Mərkəzi” MMC-nin depozit hesabına ödənilməlidir.
Hərracın predmeti Sumqayıt şəhəri, Sumqayıt şəhəri, Saray bağlar massivi, ev 3203A  ünvanında 0.03 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli 3 otaqlı fərdi-yaşayış evidir.

Hərrac addımı (yeni təklifin əvvəlkindən daha yüksək olması lazım olan minimum məbləğ) - ilkin satış qiymətinin 3 faizi

Hərracda iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır.
1) Fiziki şəxslər- şəxsiyyət vəsiqəsinin surətini və hərracda iştirak etmək üçün ərizə
2) Hüquqi şəxslər- təsis sənədlərinin surətini və hərracda iştirak etmək üçün ərizə
3) Satış qiymətinin 5% məbləğində behin ödənilməsi haqqında qəbz
Hərracın qalibi tərəfindən əmlakın dəyəri ən geci7 (yeddi) təqvim günü ərzində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin depozit hesabına ödənilməlidir.

Hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə ödənilən beh məbləğlərini hərracın təşkilatçısı tərəfindən 7 təqvim günü müddətində geri qaytarılır.
Daha ətraflı məlumat üçün aşağıdakı telefon nömrələri və ya e-mail vasitəsi ilə əlaqə saxlanıla bilər.
 
Tel: (+99412) 539-47-22 ; (+99455)745-25-56
e-mail: 
[email protected]


Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

63,000 AZN