Seçilmişlər

Sumqayıtda şəhərində Mənzillər Hərraca cıxarılmışdır

“ƏMLAK HƏRRAC MƏRKƏZİ” MMC

HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

ELAN

Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 19.04.2021-ci il tarixli, 24/44 saylı sifarişi ilə Sumqayıt şəhər Məhkəməsinin 23.02.2018-ci il tarixli, 2 (060)-3953 saylı  icra sənədi əsasında Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə) istifadədə olan 0.078422 ha torpaq sahəsində yerləşən 5/6 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 7-ci mərtəbəsində yerləşən 80,39 kv. m ümumi, 53,13 kv. m yaşayış sahəsindən ibarət 4 otaqlı, 32 nömrəli mənzil və Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə) istifadədə olan 0.11 ha torpaq sahəsində yerləşən 10/11 nömrəli, 9 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində yerləşən 78.74 kv. m ümumi, 53,13 kv. m yaşayış sahəsindən ibarət 4 otaqlı, 56 nömrəli mənzil hərraca çıxarılmışdır.
Hərrac açıq hərrac qaydasında keçirilməklə  18 may 2021-ci il tarixi, saat 1500-a təyin edilmişdir.
Hərrac Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A (keçmiş Mətbuat pr. 18/7, 539-cu məhəllə) ünvanında, akt zalında keçiriləcəkdir.
Hər iki əmlakın  ilkin satış qiyməti ayrı-ayrılıqda 100.000 (bir yüz min) manat məbləğindədir.
Hərracda iştirak üçün hərrac predmetinin ilkin satış qiymətinin (100.000) 5% -i, yəni 5.000 (beş min) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərracın təşkilatçısı “Əmlak Hərrac Mərkəzi” MMC-nin depozit hesabına ödənilməlidir.
Hərrac addımı (yeni təklifin əvvəlkindən daha yüksək olması lazım olan minimum məbləğ) - ilkin satış qiymətinin 3 faizi

Hərracda iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır.
1) Fiziki şəxslər- şəxsiyyət vəsiqəsinin surətini və hərracda iştirak etmək üçün ərizə
2) Hüquqi şəxslər- təsis sənədlərinin surətini və hərracda iştirak etmək üçün ərizə
3) Satış qiymətinin 5% məbləğində behin ödənilməsi haqqında qəbz
Hərracın qalibi tərəfindən əmlakın dəyəri ən geci 7 (yeddi) təqvim günü ərzində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin depozit hesabına ödənilməlidir.

Hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə ödənilən beh məbləğlərini hərracın təşkilatçısı tərəfindən 7 təqvim günü müddətində geri qaytarılır.
Daha ətraflı məlumat üçün aşağıdakı telefon nömrələri və ya e-mail vasitəsi ilə əlaqə saxlanıla bilər.
 
Tel: (+99412) 539-47-22 ; (+99455)745-25-56
e-mail: [email protected]

 

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

 

100,000 AZN