Seçilmişlər

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-54/2022 saylı, 27.01.2022-ci il tarixli (12.04.2022-cü il tarixdə verilmiş)  icra vərəqəsinə əsasən, Bakı şəhəri Binəqədi rayon Icra Şöbəsi tərəfindən verilmiş 17/68-78969-15 saylı, 04.08.2022-ci il tarixli sifarişi üzrə, tələbkar  “Kapital Bank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Zeynalov küçəsi, döngə 2 ünvanında istifadədə olan 0.07376 hektar torpaq sahəsində yerləşən 1 ədəd 2 mərtəbəli  və 4 ədəd 1 mərtəbəli, 13 otaqlı, 212 kv.metr yaşayış, 327.4 kv.metr köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət üzrə Bədəlov İslam Davud oğluna məxsus “D” tikilisi-3 otaqlı, ümumi sahəsi 170,3 kv.metr, 38.7 kv.metr yaşayış sahəsinə  dair 31 avqust 2022-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, həmin fərdi yaşayış evi ilkin satış qiymətindən 15% aşağı qiymətə yəni,  34.000 (otuz dörd min) manata təkrar açıq hərraca çıxarılmışdır.                             

Təkrar hərrac 19 sentyabr  2022-ci il tarixi, saat 11:00 (növbəlik qaydasında) tarixinə  təyin edilmişdir.

Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 1.700 (bir min yeddi yüz) manat miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya xəzinəsinə nəğd qaydada ödənilməlidir.       

H/h: AZ87AIIB400600C9444230278103        

Bank: Kapital bank 1 saylı Yasamal filialı     

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Hərrac addımı – əmlakın satış qiymətinin 3%-dən artıq olmamaqla.

 

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi Bakı şəhəri Binəqədi rayon Icra

Şöbəsinin depozit hesabına ödənilməlidir.       

 

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: (+99412) 539-47-22 ; (+99450) 210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

34,000 AZN