- Ana səhifə
- 〉
- Daşınmaz əmlak
- 〉
- TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR
Seçilmişlər
TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5292/2021 saylı, 16.12.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsi tərəfindən verilmiş 1765/-44028/1 saylı, 01.11.2022-ci il tarixli (daxil olma 16.11.2022-ci il) sifariş üzrə, borclu “STR” MMC-yə məxsus, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən siyahıya alınmış, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Puta-Korgöz, Qızıldaş-Sahil yolu 9-cu km 6 ünvanında olan əmlak kompleksinin tərkibində yerləşən yanacaq doldurma məntəqəsinə dair 13 dekabr 2022-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, 43.360 (qırx üç min üç yüz altmış) manata təkrar açıq hərraca çıxarılmışdır.
Təkrar hərrac 23 dekabr 2022-ci il tarixi, saat 11:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.
Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 2.168 (iki min yüz altmış səkkiz) manat miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nağd qaydada ödənilməlidir.
H/h: AZ87AIIB400600C9444230278103
Bank: Kapital bank 1 saylı Yasamal filialı
VÖEN – 9900003611
Kodu: 200037
M/H:AZ37NABZ01350100000000001944
SWIFT : AIIBAZ2XXX
Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 1%-dən az olmamaqla.
Qalib alıcı tərəfindən alış qiyməti 5 (beş) bank günü ərzində sifarişçi Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.
Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;
4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.
Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC
Ünvan: Bakı şəhəri, Yasamal ray., Kazım Kazımzadə 123.
Tel: 050-210-66-47
e-mail: [email protected]
rəsmi internet saytı: e-herrac.com
43,360 AZN