Seçilmişlər

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-421/2021 saylı, 04.10.2021-ci il tarixli (14 aprel 2022-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən verilmiş 17/68-81693-22/43 saylı, 18.11.2022-ci il tarixli sifariş üzrə, tələbkar “Accessbank” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Orucova (Həsənova) Təhminə Nadir qızının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospektində yerləşən 15 saylı evin 215 nömrəli mənzili və Həsənov Nadir Əli oğlunun mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ənvər Əlixanov küçəsində yerləşən 70 saylı fərdi yaşayış evinə dair 16 dekabr 2022-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, həmin fərdi yaşayış evi ilkin satış qiymətindən 15% aşağı qiymətə yəni70 saylı fərdi yaşayış evi üzrə 272.000 (iki yüz yetmiş iki min) manat, 215 nömrəli mənzil üzrə 399.500 (üç yüz doxsan doqquz min beş yüz) manata təkrar açıq hərraca çıxarılmışdır.                    

Təkrar hərrac 05 yanvar 2023-cü il tarixi, saat 11:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.  

Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 70 saylı fərdi yaşayış evi üzrə 13.600 (on üç min altı yüz) manat, 215 nömrəli mənzil üzrə 19.975 (on doqquz min doqquz yüz yetmiş beş) manat

miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.          

H/h: AZ87AIIB400600C9444230278103   

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla.

 

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.             

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC  

Ünvan: Bakı şəhəri, Yasamal ray., K.Kazımzadə 123.

Tel: 050-210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

671,500 AZN