Seçilmişlər

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-72/2022 saylı,  22.09.2022-ci il tarixli icra vərəqəsinə əsasən, AR Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən verilmiş Ü.Q 10417/23 saylı, 17.04.2023-cü il tarixli (daxil olma 20.04.2023-cü il) sifariş üzrə, tələbkarQafqaz İnkişaf Bankı” ASC-nin (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) xeyrinə ipoteka ilə yüklü edilmiş, Dərgahzadə Nərminə Nazim qızına məxsus, Gəncə şəhəri, Kəpəz rayonu, Mübariz İbrahimov küçəsi 20 ünvanında, 0.0642 ha torpaq sahəsində yerləşən, 573.9 kv.metr ümumi sahədən və 642.10 kv.metr tikintialtı sahədən ibarət olan əmlak kompleksinə  dair 16 may 2023-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, həmin əmlak ilkin satış qiymətindən 15% aşağı qiymətə yəni 191.250 (bir yüz doxsan bir min iki yüz əlli) manata təkrar açıq hərraca çıxarılmışdır.                                  

Təkrar hərrac 02 iyun 2023-cü il tarixi, saat 10:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.

Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 9.562,5 (doqquz min beş yüz altmış iki manat əlli qəpik) manat təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.            

H/h: AZ87AIIB400600C9444230278103         

Bank: Kapital bank 1 saylı Yasamal filialı   

VÖEN – 9900003611  

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla.     

 

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi AR Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsinin depozit hesabına ödənilməlidir.                      

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC  

Ünvan: Bakı şəhəri, Yasamal ray., K.Kazımzadə 123.

Tel: 050-210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

191,250 AZN