Seçilmişlər

TƏKRAR HƏRRACLARIN KEÇİRİLMƏSİNƏ DAİR ELANLAR

TƏKRAR HƏRRACLARIN KEÇİRİLMƏSİNƏ DAİR

ELANLAR

Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin 9177-106243/21-15-19 saylı, 01.06.2021-ci il tarixli sifarişi ilə, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 36 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində olan, ümumi sahəsi 631 kv. metr olan qeyri-yaşayış sahəsinə dair 16 avqust 2021-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş (II) təkrar hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, həmin qeyri yaşayış sahəsi satış qiyməti olan 772.344 (yeddi yüz yetmiş iki min üç yüz qırx dörd) manatdan 30% aşağı, yəni 540.640,8 (beş yüz qırx min altı yüz qırx manat səksən qəpik) manata olmaqla təkrar (sonuncu) açıq hərraca çıxarılmışdır.

Təkrar (sonuncu) hərrac 27 avqust 11:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.

Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 27.031 (iyirmi yeddi min otuz bir) manat miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının hesabına və ya nəğd qaydada ödənilməlidir.

Hərrac addımı – ilkin satış qiymətinin 1%-dən çox olmamaqla

(Əlavə olaraq “Qeyd”ə bax).

 

Qaradağ rayon İcra Şöbəsinin 08.07.2021-ci il tarixli, 17/65-179781-2/6 saylı sifarişi ilə, “VAZ 2106” minik markalı, 90-GD-183 dövlət qeydiyyat nişanlı, (Sedan, 2003-cü il buraxılışlı, Ban: XTK21060030047561, tünd yaşıl rəngdə) avtomobilə dair 16 avqust 2021-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş (II) təkrar hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, həmin avtomobil satış qiyməti olan, 2.880 (iki min səkkiz yüz səksən) manatdan 30% aşağı, yəni 2.016 (iki min on altı) manata olmaqla təkrar (sonuncu) açıq hərraca çıxarılmışdır.

Təkrar (sonuncu) hərrac 27 avqust 11:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.

Təkrar hərracda iştirak üçün satış qiymətinin 10%-i, yəni 201,6 (iki yüz bir min altmış qəpik) manat miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının hesabına və ya nəğd qaydada ödənilməlidir.

Hərrac addımı – ilkin satış qiymətinin 1%-dən çox olmamaqla

(Əlavə olaraq “Qeyd”ə bax).

 

Qobustan rayon İcra Şöbəsinin 09.07.2021-ci il tarixli, 20088/2017-35-5-93 saylı sifarişi ilə, 0.0155 ha torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 68.60 kv. metr olan, 2 otaqlı fərdi yaşayış evi və 0.114240 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə dair 16 avqust 2021-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş (II) təkrar hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, həmin fərdi yaşayış evi və torpaq sahəsi satış qiyməti olan, (fərdi yaşayış evi) – 14.400 (on dörd min dörd yüz); (torpaq sahəsi) – 2.467 (iki min dörd yüz altmış yeddi) manatdan 30% aşağı, yəni (fərdi yaşayış evi) – 10.080 (on min səksən) manata; (torpaq sahəsi) – 1.727 (bir min yeddi yüz iyirmi yeddi) manata olmaqla təkrar (sonuncu) açıq hərraca çıxarılmışdır.

Təkrar (sonuncu) hərrac 27 avqust 11:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.

Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni (fərdi yaşayış evi) - 504 (beş yüz dörd) manat; (torpaq sahəsi) – 86 (səksən altı) manat miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının hesabına və ya nəğd qaydada ödənilməlidir.

Hərrac addımı – ilkin satış qiymətinin 1%-dən çox olmamaqla

(Əlavə olaraq “Qeyd”ə bax).

 

QEYD: Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) iş günü qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair behin hərracın təşkilatçısına ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: (+99412) 539-47-22 ; (+99455) 745-25-56
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

 

 

 

 

 

 

27,031 AZN