Seçilmişlər

AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Abşeron rayon Məhkəməsinin 2(012)-1137/2016 saylı, 09.03.2016-cı il tarixli (18.07.2016-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, Abşeron rayon İcra Şöbəsi tərəfindən verilmiş 17/75940677C saylı, 08.05.2023-cü il tarixli (daxil olma 12.05.2023-cü il) sifariş üzrə, Bayramov Mübariz Əminağa oğluna məxsus, Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən 0.0420 ha, 0.0173 ha, 0.0707 ha, 0.0978 ha, 0.01 ha torpaq sahələri açıq hərracda satılmalıdır.  


İlkin hərrac açıq auksion qaydasında keçirilməklə  09 iyun 2023-cü il tarixi, saat 1000-a (növbəlik qaydasında) təyin edilmişdir.

Hərrac Bakı şəhəri, Yasamal rayonu Kazım Kazımzadə 123 ünvanında keçiriləcəkdir.

Əmlakın ilkin satış qiyməti  0.0420 ha torpaq sahəsi üzrə 2.100 (iki min yüz) manat, 0.0173 ha torpaq sahəsi üzrə 1.000 (bir

min) manat, 0.0707 ha torpaq sahəsi üzrə 3.535 (üç min beş yüz otuz beş) manat, 0.0978 ha torpaq sahəsi üzrə 5.000 (beş min)

 manat, 0.01 ha torpaq sahəsi üzrə 1.000 (bir min) manat məbləğində müəyyənləşdirilmişdir.

Hərracda iştirak üçün ilkin satış qiymətinin 5-i, yəni 0.0420 ha torpaq sahəsi üzrə 105 (bir yüz beş) manat, 0.0173 ha torpaq sahəsi üzrə 50 (əlli) manat, 0.0707 ha torpaq sahəsi üzrə 177 (bir yüz yetmiş yeddi) manat, 0.0978 ha torpaq sahəsi üzrə 250 (iki yüz əlli) manat, 0.01 ha torpaq sahəsi üzrə 50 (əlli) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.  

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Qalib alıcı tərəfindən alış qiyməti 5 (beş) iş günü ərzində sifarişçi Abşeron rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.

Hərrac addımı - ilkin satış qiymətinin 1%-dən az olmamaqla

 

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinə uyğun olaraq, sifarişçi İcra Şöbəsi ilə bağlanmış Müqavilə və ona aid “Əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin prosedur Qaydaları”na əsasən həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Kazım Kazımzadə 123.

Tel: (+99450) 210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

12,635 AZN