- Ana səhifə
- 〉
- Daşınmaz əmlak
- 〉
- Torpaq
- 〉
- AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR
Seçilmişlər
AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR
Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-975/2016 saylı, 14.10.2016-cı il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 1(103)-845/2017 saylı, 09.06.2017-ci il icra vərəqələrinə əsasən, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən verilmiş 17/72-215158/31-12549 saylı, 08.09.2023-cü il tarixli sifariş üzrə, Hacıyev Cahangir Fevzi oğluna məxsus olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 389 saylı bağ sahəsi və Şəki şəhəri, Əbdülfəzzəl Dəmirçizadə küçəsində yerləşən 0.2720 ha torpaq sahəsi açıq hərracda satılmalıdır.
İlkin hərrac açıq auksion qaydasında keçirilməklə 03 oktyabr 2023-cü il tarixi, saat 1000-a (növbəlik qaydasında) təyin edilmişdir.
Hərrac Bakı şəhəri, Yasamal rayonu Kazım Kazımzadə 123 ünvanında keçiriləcəkdir.
Əmlakın ilkin satış qiyməti 389 saylı bağ sahəsi üzrə 300.000 (üç yüz min) manat, torpaq sahəsi üzrə 170.000 (br
yüz yetmiş min) manat məbləğində müəyyənləşdirilmişdir.
Hərracda iştirak üçün ilkin satış qiymətinin 5%-i, yəni 389 saylı bağ sahəsi üzrə 15.000 (on beş min) manat
torpaq sahəsi üzrə 8.500 (səkkiz min beş yüz) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın
təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma
hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.
H/h: AZ87AIIB400600C9444230278103
Bank: Kapital bank 1 saylı Yasamal filialı
VÖEN – 9900003611
Kodu: 200037
M/H:AZ37NABZ01350100000000001944
SWIFT : AIIBAZ2XXX
Qalib alıcı tərəfindən alış qiyməti 5 (beş) iş günü ərzində sifarişçi Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.
Hərrac addımı - ilkin satış qiymətinin 1%-dən az olmamaqla
Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;
4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.
Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC
Ünvan: Bakı şəhəri, Yasamal ray., Kazım Kazımzadə 123.
Tel: (+99450) 210-66-47
e-mail: [email protected]
rəsmi internet saytı: e-herrac.com
470,000 AZN