Seçilmişlər

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Şəmkir rayon Məhkəməsinin 2(076)-2812/2021 saylı, 02.12.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Şəmkir  rayon Icra Şöbəsinin 14576/2022-18 saylı, 05.08.2022-ci il tarixli sifarişi üzrə, 2/6 hissəsi Sadıqov Rüstəm Namaz oğlunun, 1/6 hissəsi Sadıxova Maya Tağı qızının, 1/6 hissəsi Sadıqov Ruslan Rüstəm oğlunun, 1/6 hissəsi İbrahimova Ramilə Rüstəm qızının və 1/6 hissəsi Sadıxov Anar Rüstəm oğlunun  ümumi birgə mülkiyyətinə verilmiş Şəmkir şəhəri, Rüstəm Əliyev küçəsi 11 saylı ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi dair 14 sentyabr  2022-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş təkrar hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, 0,01 ha üzrə 3.200 (üç min iki yüz) manat, ümumilikdə 19.200 (on doqquz min iki yüz) manata təkrar (II) açıq hərraca çıxarılmışdır.  

Təkrar (II) hərrac 14 sentyabr 2022-ci il tarixi, saat 11:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.

Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 0,01 ha üzrə 160 (bir yüz altmış) manat,  ümumilikdə 960 ( doqquz yüz altmış) manat miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.  

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 1%-dən az olmamaqla.

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) bank günü ərzində sifarişçi Şəmkir  rayon Icra Şöbəsinin depozit hesabına ödənilməlidir.

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

“Əmlakın açıq hərracda satışı üzrə hərracın təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsinin prosedur Qaydaları” ilə www.e-herrac.com internet saytında (Ana səhifə bölümündən) tanış ola bilərsiniz

            Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: (+99450) 210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

19,200 AZN