Seçilmişlər

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Xaçmaz rayon Məhkəməsinin 2(067)-1965/2021 saylı, 30.08.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Xaçmaz rayon İcra Şöbəsi tərəfindən verilmiş 153591/20 saylı, 24.08.2022-ci il tarixli sifarişi üzrə, Haqverdizadə Kamal Bəxtiyar oğluna məxsus, tələbkar TuranBank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Hüquqların Dövlət Qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət Reyestrindən MA seriyalı, 0091245 №-li çıxarışa əsasən qeydiyyat nömrəsi 2810004798, reyestr nömrəsi 302013011322 olan, Xaçmaz rayonu, Çarxı kəndində yerləşən 4.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri dair 16 sentyabr 2022-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, həmin torpaq sahələri ilkin satış qiymətindən 15% aşağı qiymətə yəni,  34.000 (otuz dörd min) manata təkrar açıq hərraca çıxarılmışdır.                              

Təkrar hərrac 04 oktyabr  2022-ci il tarixi, saat 11:00 (növbəlik qaydasında) tarixinə  təyin edilmişdir.

Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 1.700 (bir min yeddi yüz) manat miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya xəzinəsinə nəğd qaydada ödənilməlidir.         

H/h: AZ87AIIB400600C9444230278103          

Bank: Kapital bank 1 saylı Yasamal filialı     

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Hərrac addımı – əmlakın satış qiymətinin 3%-dən artıq olmamaqla.

 

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi Xaçmaz rayon Icra Şöbəsinin

depozit hesabına ödənilməlidir.        

 

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: (+99412) 539-47-22 ; (+99450) 210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

34,000 AZN