Seçilmişlər

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Gəncə şəhəri 6 saylı Notariat Ofisinin 8i-139 saylı, 17.01.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Şəmkir rayon İcra Şöbəsi tərəfindən verilmiş 14366/2022-11 saylı, 16.05.2022-ci il tarixli (daxil olma 10.06.2022-ci il) sifariş üzrə, tələbkar  “Bank Respublika” ASC-nin  xeyrinə ipoteka ilə yüklü edilmiş, Şəmkir rayonu, Qılıncbəyli kəndində 2.106 ha torpaq sahəsi, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 4.6267 ha torpaq sahəsi, Şəmkir rayonu, Qılıncbəyli kəndində 0.3155 ha torpaq sahəsində yerləşən əmlakk kompleksi kimi müəssisə, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 2.9869 ha torpaq sahəsi, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 1.019 ha torpaq sahəsi, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 1.8535 ha torpaq sahəsi və Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 2.4048 ha torpaq sahələrinə dair  05 iyul 2022-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, həmin torpaq sahələri  ilkin satış qiymətindən 15% aşağı qiymətə yəni,  ümumilikdə 269.854 (iki yüz altmış doqquz min səkkiz yüz əlli dörd) manata təkrar açıq hərraca çıxarılmışdır.                                 

Təkrar hərrac 11 oktyabr  2022-ci il tarixi, saat 11:00 (növbəlik qaydasında) tarixinə  təyin edilmişdir.

Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni ümumilikdə 13.493 (on üç min dörd yüz doxsan üç) manat miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya xəzinəsinə nəğd qaydada ödənilməlidir.         

H/h: AZ87AIIB400600C9444230278103          

Bank: Kapital bank 1 saylı Yasamal filialı     

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Hərrac addımı – əmlakın satış qiymətinin 3%-dən artıq olmamaqla.

 

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi Şəmkir rayon Icra Şöbəsinin

depozit hesabına ödənilməlidir.        

 

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: (+99412) 539-47-22 ; (+99450) 210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

 

269,854 AZN