Seçilmişlər

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Şəmkir rayon Məhkəməsinin 2(076)-2688/2019 saylı, 16.12.2019-cu il tarixli (19.04.2021-ci il tarixdə

 verilmiş) icra vərəqəsinə əsasən, Şəmkir rayon İcra Şöbəsi tərəfindən verilmiş 139703/2021-182582/22

saylı, 22.11.2022-ci il tarixli sifariş üzrə, Şəmkir rayonu Qılıncbəyli kəndində yerləşən 1.5394 ha,0.73 ha,

0.4703 ha kənd təsərrüfatı təyinatlı və 0.16 ha həyətyanı torpaq sahələrinə  dair 24 yanvar 2023-cü il, saat

10:00 (növbəlik qaydasında) təyin edilmiş təkrar (II) hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş

 tutmadığından, 1.5394 ha torpaq sahəsi üzrə 5.250 (beş min iki yüz əlli) manat, 0.73 ha torpaq sahəsi üzrə

 3.500 (üç min beş yüz) manat,0.4703 ha torpaq sahəsi üzrə 1.750 (bir min yeddi yüz əlli) manat, 0.16 ha

torpaq sahəsi üzrə 11.200 (on bir min iki yüz) manata təkrar (sonuncu) açıq hərraca çıxarılmışdır.

Təkrar hərrac 07 fevral 2023-cü il tarixi, saat 10:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.

Təkrar (sonuncu) hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 1.5394 ha torpaq sahəsi üzrə 263 (iki yüz altmış üç) manat, 0.73 ha torpaq sahəsi üzrə 175 (bir yüz yetmiş beş) manat, 0.4703 ha torpaq sahəsi üzrə 88 (səksən səkkiz ) manat, 0.16 ha torpaq sahəsi üzrə 560 (beş yüz altmış) manat miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 1%-dən az olmamaqla.

 

Qalib alıcı tərəfindən alış qiyməti 5 (beş) iş günü ərzində sifarişçi Şəmkir rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.

 

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəh., Yasamal ray., Məhəllə 563, K.Kazımzadə 123

(Mərkəzi Gömrük Hospitalı ilə üzbəüz) .

Tel: (+99450) 210-66-47

e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

21,700 AZN