Seçilmişlər

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-2804/2022 saylı, 05.07.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən verilmiş 17/68-178738-30 saylı, 05.04.2023-cü il tarixli sifarişi üzrə, Həsənov Yunis Rəşid oğluna məxsus olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Abbasov küçəsində yerləşən, 0.04 ha torpaq sahəsinə dair 30 may 2023-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş təkrar (II) hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, 14.000 (on dörd min)  manata təkrar (sonuncu) açıq hərraca çıxarılmışdır.      

Təkrar hərrac 13 iyun 2023-cü il tarixi, saat 10:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.  

Təkrar (sonuncu) hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 700 (yeddi yüz) manat miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.  

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 1%-dən az olmamaqla.   

 

Qalib alıcı tərəfindən alış qiyməti 5 (beş) iş günü ərzində sifarişçi Bakı şəhəri Binəqədi   rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.    

 

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəh., Yasamal ray., Məhəllə 563, K.Kazımzadə 123

(Mərkəzi Gömrük Hospitalı ilə üzbəüz) .

Tel: (+99450) 210-66-47

e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

14,000 AZN