- Ana səhifə
- 〉
- Daşınmaz əmlak
- 〉
- Torpaq
- 〉
- TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR
Seçilmişlər
TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR
Abşeron rayon Məhkəməsinin 2(012)-9384/2017 saylı, 24.01.2018-ci il tarixli icra vərəqəsinə əsasən, Abşeron rayon İcra Şöbəsinin 17/75 704 2V saylı, 26.07.2023-cü il tarixli sifarişi üzrə, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0979 ha torpaq sahəsi və Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.10 ha torpaq sahəsinə dair 22 avqust 2023-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, 0.0979 ha torpaq sahəsi üzrə 34.000 (otuz dörd min) manat, 0.10 ha torpaq sahəsi üzrə 34.000 (otuz dörd min) manata təkrar açıq hərraca çıxarılmışdır.
Təkrar hərrac 08 sentyabr 2023-cü il tarixi, saat 10:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.
Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 0.0979 ha torpaq sahəsi üzrə 1.700 (bir min yeddi yüz)
manat, 0.10 ha torpaq sahəsi üzrə 1.700 (bir min yeddi yüz) manat miqdarında beh ödənilməlidir.
Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən
hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.
H/h: AZ87AIIB400600C9444230278103
Bank: Kapital bank 1 saylı Yasamal filialı
VÖEN – 9900003611
Kodu: 200037
M/H:AZ37NABZ01350100000000001944
SWIFT : AIIBAZ2XXX
Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla.
Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi Abşeron rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.
Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;
4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;
Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.
Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC
Ünvan: Bakı şəh., Yasamal ray., K.Kazımzadə 123
(Mərkəzi Gömrük Hospitalı ilə üzbəüz)
Tel: (+99450) 210-66-47
e-mail: [email protected]
rəsmi internet saytı: e-herrac.com
68,000 AZN