Seçilmişlər

AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR ELAN

Salyan rayon Məhkəməsinin 2(057)-1909/2016 saylı, 17.06.2016-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Nərimanov  rayon Icra Şöbəsinin 15-2B-2842 saylı, 05.03.2022-ci il tarixli sifarişi üzrə, borclu Əzimov Kamal Camal oğluna məxsus, 99-MN-862 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2014-ci il olan, sedan tipli, “Great Wall C30” markalı minik avtomobili açıq hərracda satılmalıdır.


İlkin hərrac açıq auksion qaydasında keçirilməklə  5 aprel 2022-ci il tarixi, saat 1100-a (növbəlik qaydasında) təyin edilmişdir.

Hərrac Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir.

 

Əmlakın ilkin satış qiyməti 7.200 (yeddi min iki yüz) manat məbləğində müəyyənləşdirilmişdir.

Hərracda iştirak üçün ilkin satış qiymətinin 10%-i, yəni 720 (yeddi yüz iyirmi) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına ödənilməlidir.

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) bank günü ərzində sifarişçi Bakı şəhəri Nərimanov  rayon Icra Şöbəsinin depozit hesabına ödənilməlidir.

Hərrac addımı - ilkin satış qiymətinin 1%-nə qədər olmalıdır.

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin və sifarişçi İcra Şöbəsi ilə bağlanmış Müqavilə və ona aid “Əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin prosedur Qaydaları”na əsasən uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: (+99412) 539-47-22 ; (+99450) 505-08-09
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

7,200 AZN