Seçilmişlər

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Bakı şəhəri Qaradağ rayon Məhkəmənin 2(002)-1914/2019 saylı, 07.10.2019-cu il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin 20.05.2022-ci il tarixli, 17/65-179781/6 saylı sifarişi ilə, Məclumov Əliseyran Həsənbala oğluna məxsus, “Vaz 2106” minik markalı, sedan tipli, 2003-cü il buraxılışlı, 90-GD-183 dövlət qeydiyyat nişanlı, tünd yaşıl rəngli, ban nömrəsi XTK21060030047561, mühərrik həcmi 1600 olan avtomobilə dair 17 iyun  2022-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, həmin avtomobil  2.700 (iki  min  yeddi yüz) manata təkrar açıq hərraca çıxarılmışdır.       

Təkrar hərrac 01 iyul 2022-ci il tarixi, saat 11:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.

Təkrar hərracda iştirak üçün satış qiymətinin 10%-i, yəni  270  (iki yüz yetmiş) manat miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.   H/h: AZ87AIIB400600C9444230278103 

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 1%-dən az olmamaqla.

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) bank günü ərzində sifarişçi Bakı şəhəri Qaradağ  rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

“Əmlakın açıq hərracda satışı üzrə hərracın təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsinin prosedur Qaydaları” ilə www.e-herrac.com internet saytında (Ana səhifə bölümündən) tanış ola bilərsiniz.

Hərracın təşkilatçısı


“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: (+99412) 539-47-22 ; (+99450) 505-08-09
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

0 AZN