Seçilmişlər

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2344/2019 saylı, 24.04.2019-cu il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən verilmiş 92503/2019-4-23 saylı, 23.05.2022-ci il tarixli sifarişi üzrə, tələbkar “Bank Aktivlərinin İdarə Edilməsi Agentliyi” MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, borclu Abdiyev Ramin Xalıqverdi oğlunun mülkiyyətində olan, “Volkswagen” markalı, minik təyinatlı, 2008-ci il buraxılışlı, qara rəngli, “universal” tipli, 90-ES-800 dövlət qeydiyyat nişanlı avtomobil ilkin satış qiymətindən 15% aşağı qiymətə yəni,  2.380  (iki min üç yüz səksən) manata təkrar açıq hərraca çıxarılmışdır.          

Təkrar hərrac 06 iyul 2022-ci il tarixi, saat 11:00 (növbəlik qaydasında) tarixinə  təyin edilmişdir.    

Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 119 (bir  yüz on doqquz) manat miqdarında beh  ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.    

H/h: AZ87AIIB400600C9444230278103    

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Hərrac addımı – əmlakın satış qiymətinin 3%-dən artıq olmamaqla.

 

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi Bakı şəhəri Sabunçu rayon Icra Şöbəsinin depozit hesabına ödənilməlidir.

 

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: (+99412) 539-47-22 ; (+99450) 210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

2,380 AZN