Seçilmişlər

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-4572/2022 saylı, 15.09.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhər Sabunçu rayon İcra Şöbəsi tərəfindən verilmiş 269420/23 saylı, 09.01.2023-cü il tarixli sifariş üzrə, Əsgərov Rəşad Möhübbət oğlu və Əhmədova Aygün Mətləb qızının  paylı mülkiyyətində olan, “Tofaş Şahin” minik markalı, 2004-cü il buraxılışlı, qara rəngli, sedan tipli, 99-VJ-065 dövlət qeydiyyat nişanlı, Ban№ NM4131B0001351998 olan minik avtomobilinə dair 03 fevral 2023-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, 3.600 (üç min altı yüz) manata təkrar açıq hərraca çıxarılmışdır.

Təkrar hərrac 17 fevral 2023-cü il tarixi, saat 10:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.

Təkrar hərracda iştirak üçün satış qiymətinin 10%-i, yəni 360 (üç yüz altmış) manat miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 1%-dən az olmamaqla.

 

Qalib alıcı tərəfindən alış qiyməti 5 (beş) iş günü ərzində sifarişçi Bakı şəhər Sabunçu rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.

 

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəh., Yasamal ray., Məhəllə 563, K.Kazımzadə 123

(Mərkəzi Gömrük Hospitalı ilə üzbəüz) .

Tel: (+99450) 210-66-47

e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

3,600 AZN