Seçilmişlər

Nərimanov rayon İcra Şöbəsinin sifarişi ilə, beton və digər avadanlıqlar hərraca cıxarılmışdır

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

ELAN

 

Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin 9438-233797/2018-15-27 saylı, 06.07.2021-ci il tarixli sifarişi ilə, beton dabanaltı (1000x1000) – 1 ədəd; beton dabanaltı (1000x800) – 1042 ədəd; beton bilərzik (1000x250) – 37 ədəd; veton bilərzik (1000x300) – 90 ədəd; beton bilərzik (1000x400) – 681 ədəd; beton bilərzik (1000x600) – 655; beton bilərzik (1500x400) – 70 ədəd;  beton bilərzik (1500x600) – 101 ədəd; beton konus (1000x600) – 787 ədəd; beton konus (1500x600) – 75 ədəd; beton plitə (1,5) – 378 ədəd; beton plitə (2x2) – 81 ədəd; beton plitə (1x1) – 13 ədəd və 29 ədəd beton boruya (800x2000) dair (istifadə olunmuş vəziyyətdə) 16 avqust 2021-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş (II) təkrar hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, həmin avadanlıqlar satış qiyməti olan, ümumilikdə 230.576 (iki yüz otuz min beş yüz yetmiş altı) manatdan 30% aşağı, yəni 161.403 (bir yüz altmış bir min dörd yüz üç) manata olmaqla təkrar (sonuncu) açıq hərraca çıxarılmışdır.

Təkrar (sonuncu) hərrac 27 avqust 11:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.

Təkrar hərracda iştirak üçün satış qiymətinin 10%-i, yəni 16.140 (on altı min bir yüz qırx) manat miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının hesabına və ya nəğd qaydada ödənilməlidir.

Hərrac addımı – ilkin satış qiymətinin 1%-dən çox olmamaqla

(Əlavə olaraq “Qeyd”ə bax).

 

QEYD: Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) iş günü qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair behin hərracın təşkilatçısına ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: (+99412) 539-47-22 ; (+99455) 745-25-56
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

 

230,576 AZN